“CareerLAB” şəbəkəsi çərçivəsində #gənclərüçün təşkil olunan panel müzakirələrdə əmək bazarının tələbləri, sahibkarlıq imkanları, pedaqoji karyera planlanması və turizm sektorunda karyera perspektivləri kimi mövzular müzakirə edilib.
Gənclər şəxsi brendin formalaşdırılması, işəgötürənlərin yeni tələbləri, bacarıqların inkişafı və sahibkarlığa dəstək mexanizmləri ilə bağlı faydalı məlumatlar əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır.

