Regionda fəaliyyət göstərən “ARB Günəş” televiziyasında keçirilən infoturda Quba və Xaçmaz gəncləri televiziyanın müxtəlif departamentlərində iş prosesi ilə yaxından tanış olublar.
Qazax gəncləri üçün “qerbxeber.com” saytına və “Radio Qərb”də infotur keçirilib. Gənclərə saytın və onlayn radionun tarixi, xəbərin hazırlanma prosesi, radionun fəaliyyət prinsipləri barədə ətraflı məlumat verilib.

