Scroll Top

Qubada “Xocalı soyqırımını unutmadıq, unutdurmarıq!” adlı konfrans baş tutub

WhatsApp Image 2024-02-24 at 14.55.10_1c42c441
Qubada Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

“Xocalı soyqırımını unutmadıq, unutdurmarıq!” adlı konfrans çərçivəsində qonaqlar gənclərin faciəyə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra iştirakçılar çıxışlarında bildiriblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

Daha sonra tədbir bədii hissə ilə davam edib. ADPU-nun Quba filialında təhsil alan tələbələrin hazırladığı Xocalı sakinlərinin üzləşdiyi qəddarlığı özündə əks etdirən tamaşa nümayiş olunub, şeirlər və vətənpərvər musiqilər səsləndirilib.

Konfrans Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə həyata keçirilib.