“Rəqəmsal Gənclik” proqramı çərçivəsində “Reels sənəti: Çək, montajla, paylaş” mövzusunda təlim keçirilib.
Təlimdə iştirakçılar mobil çəkiliş texnikaları, Reels formatına uyğun montaj qaydaları və kreativ ideyaların vizuala çevrilməsi ilə bağlı praktiki biliklər əldə ediblər. Həmçinin, iştirakçılar mobil telefon vasitəsilə peşəkar çəkilişin sirləri haqqında öyrəniblər.
Təlim videoqraf və mobiloqraf Murad Ağayev tərəfindən keçirilib

