Scroll Top

Regİon gənclərİ 31 Mart soyqırımı qurbanlarının xatİrəsİnİ yad edİblər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş bir sıra tədbirlər həyata keçirilib.

 

Nümayəndəliklərin əməkdaşları və gənclər tərəfindən 31 Mart abidəsi, Şəhidlər Xiyabanı, Şəhidlər Abidə Kompleksi, Quba Memorial Kompleksi ziyarət edilib, soyqırımı qurbanları və şəhidləri nurlu xatirəsi ehtiramla yad olunub.

 

Daha sonra rayon rəsmilərinin, tarix müəllimlərinin iştirakı ilə görüşlər, dəyirmi masalar təşkil olunub, 31 Mart soyqırımı haqqında gənclərə ətraflı məlumat verilib.

 

Soyqırımı Günü ilə bağlı regionlarda rəsm sərgiləri təşkil olunub, bacarıqlı gənclərin əl işləri Heydər Əliyev mərkəzlərində sərgilənib.

 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı gənclər “Yaddaşın rəmzi; Quba – 1918”, “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film”, “31 Mart”, “Qan yaddaşı – 31 Mart”, “31 Mart soyqırımı”, “Sündü” filmlərini izləyiblər.

 

Azərbaycan xalqının üzləşdiyi faciələrin xalqımızın, xüsusilə də gənclərin yaddaşlarına həkk edilməsi bu hadisələrin bir daha təkrarlanmamasına və xalqımızın vahid yumruq kimi birliyinə xidmət edir.