Scroll Top

Regİon gənclərİ böyük qələbəmİzİn 2-cİ İlİnİ qeyd edİblər

2 (4)

Azərbaycan xalqının qüdrəti və milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qarabağda qazanılan qələbəmizin 2-ci ildönümünü hər kəs kimi region gəncləri də böyük sevinclə qeyd ediblər.

Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin respublikamızın 55 şəhər və rayonunda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə tarixi zəfərimizə həsr edilmiş müxtəlif tədbirlər həyata keçirilib və ilk olaraq yürüşlərlə başlayıb. Gənclər Ulu Öndər Heydər Əliyevin rayon ərazisində yerləşən abidəsi, Bayraq meydanları, Şəhidlər xiyabanına yürüş ediblər. Daha sonra 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərini böyük qürur hissə ilə anaraq, məzarları önünə gül dəstələri düzüblər.

 

8 Noyabr – Zəfər Günü münasibətilə tarixçilər, Vətən müharibəsi iştirakçılarının iştirakı ilə görüşlər təşkil edilib, çətin döyüş şəraiti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun igidliklə döyüşərək, şanlı qələbəni şərtləndirmələrindən söhbət açılıb.

 

Bundan başqa, bölgələrdə böyük zəfərimizə həsr edilmiş rəsm sərgisi, ekoloji və sosial aksiyalar keçirilib, şeir müsabiqələri, intellektual və hərbi yarışlar, veloyürüşlər təşkil edilib. Gənclər arasında intellektual yarışlar keçirilib və qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

 

Mərkəzlərdə zəfər xatirələrinə həsr edilmiş “Şuşa, sən azadsan!”, “Biz”, “Görünməyən qəhrəmanlar”, “Böyük zəfər”, “Zəfər səsi” filmləri nümayiş olunub.

 

Əlavə olaraq, 100-lərlə gəncin iştirakı ilə “Şuşa”, “Zəfər”, “Qarabağ Azərbaycandır” fleşmobu keçirilib. Gənclər bir araya gələrək yazıların qurulmasında iştirak ediblər.

 

Regionlarda konsert proqramları təşkil edilib. Gənclər vətənpərvərlik ruhunda musiqilər və müxtəlif rəqslərlə çıxış ediblər.

 

Azərbaycan gəncləri qalib ölkənin gəncləridir! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində Azərbaycan gəncləri artıq qalib xalqın nümayəndələri kimi böyüyəcəklər və bunun böyük mənəvi və psixoloji mənasının olduğunu bilirlər!

 

Qarabağ bizimdir, Zəfər Azərbaycanındır!