Scroll Top

REGiON GƏNCLƏRİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 102 İLLİYİNİ EHTİRAMLA YAD EDİB

H.Əliyev 102 (6)

Müasir Azərbaycanın memarı, gənclərin inkişafına daim önəm verən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü regionlarda gənclərin iştirakı ilə qeyd olunub.

İldönümü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə regionlarda müxtəlif anım tədbirləri həyata keçirilib.

Şəhər və rayon mərkəzlərində Ulu Öndərin abidələrini ziyarət edən gənclər onun əziz xatirəsini ehtiramla yad ediblər. Regionlarda keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiyalar təşkil olunub, gənclərə muzeydəki eksponatlar, Ümummilli Liderin siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.

Dövlət rəsmiləri, tarixçilər və millət vəkillərinin iştirakı ilə təşkil olunan dəyirmi masa və konfranslarda gənclər Ulu Öndərin dövlət quruculuğu siyasəti, azərbaycançılıq ideologiyası barədə məlumatlandırılıb. Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Dahi şəxsiyyət”, “Heydər Əliyev – Dünyaya pəncərə”, “Heydər Əliyev – Dəyərlərimizin xilaskarı”, “İz” və “Xalqın xilaskarı” filmləri nümayiş etdirilib. Həmçinin nümayəndəliklərdə sərgi və intellektual yarışlar həyata keçirilib.

Azərbaycan gəncləri dahi şəxsiyyəti daim ehtiram hissi ilə xatırlayacaq, onun əziz xatirəsini qəlblərində yaşadacaqlar.