Region gənclərinin fərdi inkişafını və karyera planlamasını dəstəkləmək məqsədilə dövlət və özəl müəssisələrə ekskursiyalar təşkil edilib. Bu tədbirlər gənclərə real iş mühiti ilə tanış olmaq, peşəkar mütəxəssislərlə ünsiyyət qurmaq və gələcək karyera imkanlarını daha yaxından öyrənmək imkanı yaradıb.
Ekskursiyalar zamanı Ağdaş, Hacıqabul, İsmayıllı, Sabirabad və Xaçmaz gəncləri müxtəlif müəssisələrin iş mühiti ilə yaxından tanış olublar. İştirakçılar peşəkar mütəxəssislərdən praktik məsləhətlər alaraq, fərdi bacarıqlarını və peşə seçimi ilə bağlı məlumatlarını zənginləşdiriblər.
Təşkil edilən ekskursiyalar region gənclərinə həm şəxsi inkişaf, həm də karyera yönümlü planlamalar üçün yeni imkanlar təqdim edib. Gənclər real iş şəraiti ilə tanış olaraq, öz gələcək peşəkar yollarını daha aydın müəyyənləşdirmək üçün zəruri bilik və təcrübə əldə ediblər.
24.02.2026






