Region gənclərinin asudə vaxtının səmərəli təşkili, onların tarix və dövlətçilik irsi ilə bağlı biliklərinin artırılması məqsədilə Heydər Əliyev Mərkəzlərinə ekskursiyaları təşkil edilib.
Ekskursiya zamanı gənclərə Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işlər barədə ətraflı məlumat verilib. İştirakçılar Mərkəzlərdə nümayiş etdirilən materiallar və eksponatlarla tanış olub, Ulu Öndərin zəngin siyasi irsi və dövlətçilik fəaliyyətinin müxtəlif istiqamətləri haqqında məlumat əldə ediblər.
Ekskursiya çərçivəsində gənclərin Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı biliklərinin genişləndirilməsi, onların milli-mənəvi dəyərlərə və dövlətçilik irsinə bağlılığının möhkəmləndirilməsi istiqamətində məlumatlandırıcı görüşlər keçirilib.
Təşkil olunan ekskursiyalar region gənclərinin tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini daha yaxından öyrənməsinə, Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri ilə bağlı məlumatlarının artırılmasına və asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradıb.





