Scroll Top

REGİONLARDA 31 MART- AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR EDİLMİŞ ANIM TƏDBİRLƏRİ KEÇİRİLİB

657724346_18106392367870034_6539209003795502255_n

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) regional nümayəndəlik və bölmələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş silsilə anım tədbirləri uğurla həyata keçirilib. Tədbirlər gənclərin tarixə diqqətini artırmaq, soyqırımı qurbanlarının xatirəsini yad etmək və gənc nəsildə milli yaddaşın gücləndirilməsini məqsəd qoyub.

Anım mərasimlərində gənclər və iştirakçılar soyqırımı hadisələrinin tarixi, səbəbləri və nəticələri barədə məlumatlandırılıb. Tədbirlər çərçivəsində sənədli filmlərin nümayişi, fotosərgilərin təşkili və mövzu ilə bağlı təqdimatlar keçirilib. Həmçinin, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və gənclərin tariximizi doğru anlamaq və gələcək nəsillərə ötürmək əhəmiyyətinə diqqət çəkilib.

GİKM-in regional nümayəndəlik və bölmələrinin təşkil etdiyi bu tədbirlər gənclərin milli yaddaşın qorunmasına olan marağını artırmaqla yanaşı, tarixi həqiqətlərin dəqiqliklə öyrənilməsinə töhfə verib. Tədbirlər zamanı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, həmçinin iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar təqdim edilib.