Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş bir sıra anım tədbirləri həyata keçirilib.
Nümayəndəliklərin əməkdaşları və gənclər tərəfindən 31 Mart abidəsi, Şəhidlər xiyabanı, Şəhidlər Abidə Kompleksi, Quba Memorial Kompleksi ziyarət edilib, soyqırımı qurbanları və şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Daha sonra dövlət rəsmilərinin, tarixçilərin iştirakı ilə görüşlər, dəyirmi masalar təşkil olunub, 31 Mart Soyqırımı haqqında gənclərə ətraflı məlumat verilib və “Dolu”, “31 Mart Soyqırımı”, “Sündü”, “Yaddaşın rəmzi”, “Hökm” filmləri izlənilib.
Dövlətimizin üzləşdiyi faciələrin gənclərin yaddaşına həkk edilməsi bu hadisələrin bir daha təkrarlanmamasına və xalqımızın vahid yumruq kimi birliyinə xidmət edir.