Scroll Top

Regİonlarda “İxtİsas bələdçİsİ” layİhəsİ

İxtisas bələdçisi - Saatlı, Sabirabad, Şirvan (5)
Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə regionlarda  gənclər üçün məlumatlandırıcı sessiyaların icrasına başlanılıb.

İlk olaraq Saatlı, Sabirabad və Şirvanda baş tutan sessiyalar zamanı “Düzgün ixtisas seçimi və onun əsas meyarları”, “Kodlaşdırma qaydaları, seçim mərhələsinə psixoloji hazırlıq”, “İxtisas qruplarına daxil olan əsas ixtisaslar”, “Perspektivlər və gələcəyin ixtisasları” haqqında məlumat verilib.