“Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” panel müzakirəsi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Nuranə Rzayeva çıxış edərək rəqəmsal marketinqin gənclərin karyera inkişafında vacib rolundan danışıblar.
Panel müzakirəsində Səhər Quliyeva, Saday Alverdiyev, Tərlan Məmmədli və Ələmdar Manafov spiker qismində çıxış ediblər. Onlar bu sahənin üstünlükləri, gənclərin karyera inkişafı üçün imkanlar barədə təcrübələrini paylaşıblar. Sonda keçirilən sual-cavab sessiyasında iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, “Div Academy” və “Fikir Coworking”in tərəfdaşlığı ilə keçirilib.
25.09.2025