“Şəxsi İnkişaf Festivalı” bu dəfə Quba gəncləri üçün keçirilib.
“Gənclərin şəxsi inkişafına dəstək” mövzusunu əhatə edən festivalda 4 spiker fərqli aspektlərdən çıxış edərək gənclərə şəxsi inkişaf və karyera quruculuğunda yumşaq bacarıqların, o cümlədən yerli və beynəlxalq arenada könüllü və təcrübə proqramlarına müraciət etməyin əhəmiyyətini bildirib.
Sonda spikerlər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.