Scroll Top

SƏYYAR GƏNCLƏR XİDMƏTİ BALAKƏNDƏ

562946102_18089528275870034_2255985853090790549_n

Səyyar Gənclər Xidməti çərçivəsində #Balakən gəncləri üçün geniş proqram həyata keçirilib.

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Balakən rayonu olub. Burada gənclərin maarifləndirilməsi, fərdi inkişafının dəstəklənməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif mövzuları əhatə edən zəngin proqram həyata keçirilib.

Proqram çərçivəsində keçirilən maarifləndirici sessiyalarda gənclərə şəxsi inkişaf, komandada işləmək, liderlik bacarıqları, karyera planlaşdırması və effektiv ünsiyyət kimi aktual mövzularda təlimlər təqdim olunub. Təlimlər interaktiv şəkildə təşkil edilərək gənclərin fəal iştirakı, fikir mübadiləsi və praktiki tapşırıqlar vasitəsilə öyrənmə mühiti yaradılıb.

Bundan əlavə, gənclərin motivasiyasını və komanda ruhunu gücləndirmək məqsədilə əyləncəli və sosial yönümlü oyunlar, yaradıcı fəaliyyətlər və qrup yarışları keçirilib. Bu fəaliyyətlər iştirakçıların həm bir-biri ilə ünsiyyətini, həm də əməkdaşlıq bacarıqlarını inkişaf etdirib.

Qeyd edək ki, Səyyar Gənclər Xidməti layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik dəyərlərinin, dövlət müstəqilliyi və suverenlik prinsiplərinin təbliğini gücləndirmək, eyni zamanda regionlarda gənclərin bilik və bacarıqlarının inkişafına dəstək göstərməkdir.

12.10.2025