Scroll Top

SƏYYAR GƏNCLƏR XİDMƏTİ GƏNCLƏR PAYTAXTI LƏNKƏRANDA

image00001

Gənclərə yeni imkanlar təqdim edən, onların inkişafına dəstək olmaq üçün respublikanın müxtəlif regionlarına səfər edən Səyyar Gənclər Xidmətinin ilk marşurt üzrə son dayanacağı 2024-cü il üçün Gənclər Paytaxtı seçilən Lənkəran şəhəri olub.

8-14 sentyabr tarixlərində Lənkəranın Şağlaser kənd 1 saylı tam orta məktəbində gənclər üçün xidmət göstərən layihənin bağlanış tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra söz çıxışçılara verilib. Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ruslan Hüseynov, Lənkəran şəhər Təhsil sektorun nümayəndəsi Cəmil Axundzadə, GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov gənclərin bilik və bacarıqlarının artırılması, onların karyera quruculuğuna dəstək və sağlam həyat tərzinin təbliğinin vacibliyini bildirərək, “Səyyar Gənclər Xidməti” layihəsinin də bu məqsədlərə çatmaq üçün mühüm rol oynadığını qeyd ediblər. Natiqlər eyni zamanda gəncləri fəal şəkildə bu cür layihələrdə iştirak etməyə çağırıblar.

Daha sonra rəsmilər tədbir ərazisində 7 gün ərzində gənclərə təqdim edilən xidmətlərlə tanış olub.

Gənclər üçün bu müddətdə sahibkarlıq fəaliyyətinin təşviqi, kənd təsərrüfatının idarə olunması sahəsində bilik, bacarıq və vərdişlərinin inkişafı məqsədilə görüşlər, gənclər siyasəti, şəxsi inkişaf və karyera quruculuğu istiqamətində sessiyalar, robototexnika, rəsm çəkmə, 3D printer və qələm tətbiqi şəbəkə sənəti üzrə master-klaslar, həmçinin şəxsi anketin (CV) yaradılması xidməti təşkil edilib.

Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və darts oyun çempionatı baş tutub.

Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına əsasən, bu il  gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönələn Səyyar Gənclər Xidməti Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən icra olunur.