Səyyar Gənclər Xidməti fəaliyyətini Tərtərdə davam etdirir.
Tədbirin rəsmi hissəsində çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev bildiriblər ki, bu layihə gənclərin dövlətçilik dəyərlərinə sadiq ruhda formalaşması, bilik və bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısının elan etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Səyyar Gənclər Xidməti”nin əsas missiyası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı Qələbənin və ölkə suverenliyinin bərpasının gənclər arasında təbliği, ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsipləri, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması, eyni zamanda dövlət gənclər siyasətinin təqdim etdiyi imkanların – məşğulluq, innovasiya, təhsil, sosial layihələr və digər istiqamətlər üzrə təşəbbüslərin region gəncləri üçün əlçatanlığının təmin edilməsidir.