Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı #Gədəbəy rayonu olub.
Tədbirin rəsmi hissəsində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Qədir Bağırov və Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Bənövşə Qasımova layihənin gənclər üçün əhəmiyyətini yüksək qiymətləndirərək onun dövlətçilik dəyərlərinin təbliğində mühüm rol oynadığını vurğulayıb.
Keçirilən layihənin əsas məqsədi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilən ölkə suverenliyimizin əhəmiyyətini gənclər arasında təbliğ etmək, dövlət gənclər siyasətinin yaratdığı imkanları, o cümlədən məşğulluq, innovasiya və digər sahələrdəki təşəbbüsləri region gənclərinə daha əlçatan etməkdir.