Gənclər üçün“SkillHub” təlim proqramı başlayıb!
2 ay davam edəcək proqramın ilk təlimi təlimçi Orxan Mahmudov tərəfindən “Karyera planlamasında əsas yumşaq bacarıqlar” mövzusunda keçirilib.
Şəxsi inkişaf və karyera quruculuğu istiqamətlərini əhatə edən proqram ilk olaraq Azərbaycan Texniki Universitetinin gənclərini əhatə edəcək.
“SkillHub” təlim proqramı “CareerLAB” layihəsi çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi, Azərbaycan Texniki Universiteti, universitetin Karyera və Məşğulluq Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir.