Scroll Top

“SKILLHUB” TƏLİM PROQRAMI ÇƏRÇİVƏSİNDƏ “MƏN KİMƏM? – ÖZÜNÜKƏŞF VƏ ŞƏXSİ İNKİŞAF” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

576895962_1147042950943872_3232261471204186936_n

“Gənclər üçün SkillHub” təlim proqramı uğurla davam edir. Növbəti sessiya Klinik psixoloq və təlimçi Leyla Rəcəbzadə tərəfindən “Mən kiməm? – Özünükəşf və şəxsi inkişaf” mövzusunda keçirilib.

Təlim zamanı iştirakçılar öz fərdi xüsusiyyətlərini, dəyərlərini və məqsədlərini daha dərindən anlamağa, daxili potensiallarını kəşf etməyə imkan yaradan müxtəlif interaktiv tapşırıqlarda iştirak ediblər. Məşğələlər zamanı gənclər həmçinin emosional zəka, özünüifadə bacarıqları və motivasiya mövzularında faydalı biliklər qazanıblar.

Psixoloq tərəfindən keçirilən sessiya gənclərin özlərini daha yaxşı tanıması, şəxsi inkişaf planı formalaşdırması və gələcək karyera istiqamətlərini müəyyənləşdirməsi baxımından böyük maraqla qarşılanıb.

Qeyd edək ki, təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Texniki Universiteti və Universitetin Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.