Scroll Top

SUMQAYITDA “GƏNCLƏR ÜÇÜN HÜQUQİ SAVADLILIQ” LAYİHƏSİ

IMG_6325

“Gənclər üçün hüquqi savadlılıq” layihəsi çərçivəsində növbəti infosessiya Sumqayıt şəhərində baş tutub.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt regional vəkil bürosunun rəhbəri Anar Qasımlı tərəfindən keçirilən infosessiyada gənclər hüquqları və vəzifələri haqqında ətraflı məlumat əldə edib, sualları cavablandırılıb.

Gənclərin hüquqi biliklərinin artırılması məqsədilə keçirilən layihə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən təşkil edilib.