7 mart tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən Bakı Avrasiya Universitetində gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək məqsədilə “Tərcümə sahəsində karyera planlaması” mövzusunda panel müzakirə keçirilib.
Tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov, Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Sevda Rzayeva, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzv təşkilatlarla iş üzrə meneceri Bəxtiyar Quluzadə çıxış edərək, gənclər üçün karyera quruculuğu istiqamətində keçirilən layihənin faydasından söz açıblar.
Daha sonra panel müzakirələr başlayıb. Müzakirələrdə moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Surə Əliyeva, panelistlər qismində isə Azərbaycan Gənc Tərcüməçilər Assosasiyasının sədri Əli Əhmədov, Bakı Avrasiya Universitetinin tərcümə kafedrasının fransız dili müəllimi Günel Kazımova, frilans konfrans tərcüməçisi Pakizə Qasımova, peşəkar sinxron tərcüməçi Ramal Xosrovzadə mövzu ətrafında bir sıra önəmli fikirlər səsləndirib, daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildirək ki, həm Bakı, həm də region gəncləri üçün keçirilən “CareerLAB” şəbəkəsi bundan əvvəl 20-dən çox ali və orta təhsil müəssisəsində müxtəlif mövzular üzrə həyata keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin əsas tərəfdaşlarıdır.