Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) arasında görüş baş tutub. Görüşdə debatın şəxsin inkişafında və cəmiyyət qarşısında özünü ifadə etməsində effektiv rolundan danışılıb, regionda gənclər üçün planlaşdırılan layihələr barədə müzakirə aparılıb.