Respublikanın ən böyük intellektual liqasında qalib kubokunu qaldırmaq üçün gərgin mübarizə!
Seçim turlarının yekununda regionlar üzrə ən yaxşı nəticə göstərən 12, paytaxt üzrə isə 20 komanda Bakıda keçirilən möhtəşəm final mərhələsində kubok uğrunda mübarizə aparıblar.
İki gün davam edən böyük finalda paytaxt və regionları təmsil edən 32 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn Rinq” və “Erudit Kvartet” oyunlarında öz intellektual bacarıqlarını nümayiş etdiriblər.