“İntellektual Klubların V Gənclər Liqası”nın final mərhələsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində qeyd edilib ki, oktyabr ayından etibarən start götürən və respublikanın 40-dan çox şəhər və rayonunu əhatə edən turnirin seçimlərində ümumilikdə 600-dən çox komanda və 5 mindən çox gənc öz intellektual gücünü sınayıb.
“Seçim turlarının yekununda regionlar üzrə ən yaxşı nəticə göstərən 12, paytaxt üzrə isə 20 komanda Bakıda keçirilən möhtəşəm final mərhələsində kubok uğrunda mübarizə aparırlar.