Forum çərçivəsində aktual mövzular üzrə 4 plenar sessiya və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Forumun ilk günündə baş tutan “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu”, “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” panel müzakirələrində Azərbaycan Respublikasının Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak edib.