15 yanvar 2025-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində yerləşən “Gənclər Məkanı”nda uşaqlar üçün rəsm və art-terapiya mövzularında ustad dərsləri keçirilib.
“Nine Senses” İncəsənət Mərkəzinin müəllimləri tərəfindən regionlarda yaşayan uşaqlar üçün ilk dəfə keçirilən dərslər uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına, asudə vaxtlarının səmərəli planlaşdırılmasına və gələcək peşə seçimlərinə töhfə verməyə yönəlib.

