Gənclərin şəxsi inkişafını dəstəkləmək və onların bilik və bacarıqlarını artırmaq məqsədilə həyata keçirilən “YouthStart” şəxsi inkişaf proqramı çərçivəsində növbəti təlim uğurla başa çatıb. Bu dəfə iştirakçılar xarici dil öyrənmək üçün effektiv metodlar mövzusunda bilik və praktik bacarıqlar əldə ediblər.
Təlim zamanı iştirakçılara xarici dil öyrənmədə ən səmərəli metodlar izah olunub, dil bacarıqlarının inkişafı üçün praktik tövsiyələr verilib. İştirakçılar öyrəndikləri metodları dərhal tətbiq etmə imkanı qazanıblar və fərdi öyrənmə strategiyalarını inkişaf etdirə biliblər.
Təlim General English və Pre-IELTS üzrə müəllim Nigar Qocayeva tərəfindən keçirilib. Təlimin sonunda iştirakçılar əldə etdikləri bilikləri gündəlik öyrənmə prosesinə necə tətbiq edəcəkləri barədə ətraflı tövsiyələr alıblar.
“YouthStart” proqramı çərçivəsində keçirilən bu təlim gənclərə həm şəxsi inkişaf, həm də akademik bacarıqlarını artırmaq üçün yeni imkanlar təqdim edib. İştirakçılar motivasiyalarını yüksəldərək öz dil bacarıqlarını daha sürətli inkişaf etdirmək üçün zəruri bilik və alətlərə sahib olublar.






