Scroll Top

Zaqatala gənclərİ “Könüllü qonaq” təşəbbüsü çərçİvəsində daha bİr aİləyə baş çəkİblər

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasından ilhamlanan Azərbaycan gənclərinin həyata keçirdiyi “Könüllü qonaq” təşəbbüsü çərçivəsində Zaqatala gəncləri daha bir ailəyə baş çəkiblər.

Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkən gənclər təmizlik işləri aparıb, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradıblar. Gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar digər şəhər və kəndlərdə yaşayan gəncləri də bu nəcib təşəbbüsə #könüllüqonaq qoşulmağa çağırıblar.