8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondunun rəhbərliyi və kollektivi, eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin kollektivi l Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini qürur hissi ilə yad ediblər.

