Scroll Top

“SƏYYAR GƏNCLƏR XİDMƏTİ” CƏBRAYILDA

528215351_1071083625206472_69571537186407705_n
2025-ci il “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Səyyar Gənclər Xidməti” layihəsinin ilk dayanacağı işğaldan azad olunmuş Cəbrayıl olub!
Cəbrayıl və Zəngilan gənclərinin iştirakı ilə baş tutan layihənin açılış mərasimi Dövlət Himnin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
Rəsmi hissədə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nicat Kərimov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək Səyyar Gənclər Xidmətinin ölkə gəncləri üçün əhəmiyyətini vurğulayıblar.
Tədbirin rəsmi hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.