GİKM-in regional nümayəndəlikləri və müxtəlif bölmələrində gənclərin asudə vaxtının səmərəli təşkili və onların yaradıcılıq, intellektual, sosial və fiziki inkişafının dəstəklənməsi məqsədilə geniş miqyaslı tədbirlər planı həyata keçirilmişdir. Bu çərçivədə gənclərin maraqlarına və ehtiyaclarına uyğun olaraq müxtəlif tematik klub fəaliyyətləri təşkil olunmuşdur. Klub fəaliyyətləri arasında intellektual oyunlar, ədəbi və mədəni görüşlər, idman yarışları, sosial layihələrdə iştirak, həmçinin bədii və musiqi dərnəkləri kimi proqramlar yer alır. Belə təşəbbüslər gənclərə yalnız asudə vaxtlarını səmərəli keçirmək imkanı yaratmır, eyni zamanda onların sosial bacarıqlarının inkişafına, kollektivdə işləmə qabiliyyətinin artırılmasına və fərdi yaradıcılıqlarının ortaya çıxmasına şərait yaradır. Təşkil olunan bu fəaliyyətlər həmçinin gənclər arasında sağlam həyat tərzinin təşviqi, qarşılıqlı ünsiyyət və dostluq münasibətlərinin möhkəmləndirilməsi, eyni zamanda yerli icmalarla inteqrasiya prosesinin gücləndirilməsi kimi vacib məqsədlər






