Scroll Top

“GƏNCVİZYON” İDEYATONUNUN 1-Cİ MƏRHƏLƏSİ YEKUNLAŞIB

627384209_1214507200864113_7368582988327771441_n

Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonunun 1-ci mərhələsi uğurla yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı və “Nar”ın tərəfdaşlığı ilə keçirilən ideyaton çərçivəsində gələcəyə yönəlik problemlər ətrafında gənclərin analitik düşüncəsi, sosial baxışı və strateji yanaşmaları ön plana çıxarılıb.

Ümumilikdə 400-dən çox müraciət arasından seçilmiş 240 gənc 40 komanda daxilində mentorların dəstəyi ilə 5 əsas istiqamət üzrə layihə ideyaları hazırlayaraq təqdim ediblər.

İlkin mərhələdə mentorların istiqamətləndirməsi ilə formalaşdırılan ideyalar dəyərləndirilərək uğurlu 10 komanda növbəti mərhələyə keçib.

Qalib komandaları təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq!