“YouthStart” şəxsi inkişaf proqramı çərçivəsində təşkil olunan növbəti təlim uğurla başa çatıb. Bu dəfə proqram iştirakçıları üçün aktual və innovativ mövzu “Süni intellektdən gündəlik iş həyatında istifadə” istiqamətində maarifləndirici və praktik təlim təşkil olunub.
Təlim süni intellekt alətləri üzrə ekspert Abdulla Abdullayev tərəfindən keçirilib. Təlim zamanı süni intellektin müasir iş mühitində rolu, gündəlik tapşırıqların optimallaşdırılması, vaxtın daha səmərəli idarə olunması və məhsuldarlığın artırılması baxımından təqdim etdiyi imkanlar ətraflı şəkildə izah edilib.
İştirakçılara müxtəlif süni intellekt platformalarından istifadə üsulları nümayiş etdirilib, real iş proseslərinə uyğun praktik nümunələr təqdim olunub. Təlim interaktiv formatda təşkil edilib və gənclər suallarını ünvanlandıraraq mövzu üzrə daha dərin bilik əldə etmək imkanı qazanıblar.
“YouthStart” proqramı çərçivəsində keçirilən bu cür təlimlər gənclərin rəqəmsal bacarıqlarının gücləndirilməsinə, müasir texnologiyalara uyğunlaşmasına və əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına töhfə verir.
28.02.2026






