Gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləməyə yönəlmiş “YouthStart” proqramı uğurla davam edir. Proqram çərçivəsində keçirilən növbəti təlim “PR bacarıqları ilə fərqlən: şəxsi inkişafın yeni mərhələsi” mövzusuna həsr olunub.
Təlim zamanı iştirakçılara ictimaiyyətlə əlaqələr (PR) bacarıqlarının müasir dövrdə əhəmiyyəti, şəxsi brendin formalaşdırılmasında rolu və bu bacarıqların karyera inkişafına təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda, effektiv ünsiyyətin qurulması, düzgün mesajın ötürülməsi və auditoriya ilə əlaqələrin gücləndirilməsi istiqamətində praktiki yanaşmalar iştirakçılarla bölüşülüb.
İnteraktiv formada keçirilən təlim çərçivəsində iştirakçılar real nümunələr əsasında müzakirələr aparıb, öz fikir və təcrübələrini bölüşmək imkanı əldə ediblər. Bu isə onların mövzuya daha dərindən yiyələnməsinə və əldə etdikləri bilikləri praktik tətbiq etmələrinə şərait yaradıb.
Qeyd edək ki, təlim Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova tərəfindən keçirilib. Təlimçi öz peşəkar təcrübəsinə əsaslanaraq iştirakçılara PR sahəsində uğur qazanmaq üçün vacib məqamları diqqətə çatdırıb və faydalı tövsiyələr verib.

