Scroll Top

GƏNCLƏR ÜÇÜN FƏRDİ KARYERA KONSULTASİYALARI UĞURLA BAŞ TUTUB

IMG_4161

#Gənclərüçün təşkil olunan fərdi karyera konsultasiyaları uğurla həyata keçirilib. Görüşlər çərçivəsində iştirakçılar Dövlət Məşğulluq Agentliyinin peşəkar mütəxəssisləri ilə bir araya gələrək gələcək karyera planlarını daha dəqiq şəkildə müəyyənləşdirmək imkanı əldə ediblər.

Konsultasiyalar zamanı gənclərə karyera məqsədlərinin düzgün qurulması, fərdi potensialın dəyərləndirilməsi və əmək bazarının tələblərinə uyğun istiqamət seçimi ilə bağlı ətraflı məlumat verilib. İştirakçılar fərdi yanaşma əsasında öz karyera xəritələrini hazırlayıb, planlı və məqsədyönlü inkişaf üçün praktiki tövsiyələr əldə ediblər.

Bununla yanaşı, effektiv iş axtarışı strategiyaları, düzgün müraciət üsulları və iş müsahibəsinə hazırlıq mövzularında da faydalı məsləhətlər təqdim olunub. Gənclər öz CV-lərini peşəkar mütəxəssislərin dəstəyi ilə təkmilləşdirərək daha rəqabətqabiliyyətli hala gətirmək imkanı qazanıblar.

İnteraktiv formatda keçirilən görüşlər zamanı iştirakçılar onları maraqlandıran sualları ünvanlayaraq real iş mühiti və karyera inkişafı ilə bağlı ətraflı cavablar əldə ediblər.

Bu cür təşəbbüslərin əsas məqsədi gənclərin karyera planlamasına dəstək olmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına töhfə verməkdir.