Gənclərin şəxsi inkişafının dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən “YouthStart” proqramı uğurla davam edir. Proqram çərçivəsində GİKM-in regional nümayəndəlik və bölmələrində müxtəlif mövzuları əhatə edən silsilə təlimlər təşkil olunub.
Aprel-may ayları ərzində keçirilən təlimlərə 600-dən çox gənc cəlb olunaraq onların inkişafına töhfə verilib. Təlimlər zamanı iştirakçılar şəxsi inkişaf, effektiv ünsiyyət, liderlik, motivasiya, komanda işi, zamanın idarə olunması və karyera planlaması kimi mövzularda yeni biliklər əldə ediblər.
Proqramın əsas məqsədi gənclərin öz potensiallarını daha yaxından tanımasına, bacarıqlarını inkişaf etdirməsinə və gələcək hədəflərinə daha inamla irəliləməsinə dəstək olmaqdır. İnteraktiv formada keçirilən sessiyalar zamanı iştirakçılar həm nəzəri biliklər qazanıb, həm də praktiki tapşırıqlar vasitəsilə özlərini sınamaq imkanı əldə ediblər.
Regionlarda yaşayan gənclərin inkişaf imkanlarının artırılması baxımından proqram xüsusi əhəmiyyət daşıyır. “YouthStart” çərçivəsində keçirilən fəaliyyətlər gənclərin sosial aktivliyinin yüksəldilməsinə, özünəinam hissinin formalaşmasına və yeni təcrübələr qazanmasına mühüm töhfə verir.






