Gənclərin İnkişaf və Karyera Mərkəzi #gənclərüçün təşkil olunan karyera sərgilərində aktiv şəkildə təmsil olunub.
Bakı Dövlət Universiteti və Azərbaycan İdman Akademiyasında keçirilən karyera sərgiləri çərçivəsində tələbə və məzunlara GİKM-in fəaliyyət istiqamətləri, həyata keçirdiyi proqramlar və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim edilib.
Sərgilər zamanı iştirakçılarla fərdi və qrup şəklində görüşlər keçirilib, onların karyera planlaması, şəxsi inkişaf və məşğulluq imkanları ilə bağlı sualları cavablandırılıb. Eyni zamanda GİKM tərəfindən təqdim olunan layihələrə qoşulma qaydaları və mövcud dəstək mexanizmləri barədə geniş izah verilib.
Gənclər tərəfindən böyük maraqla qarşılanan sərgilərdə məqsəd tələbə və məzunların əmək bazarına hazırlığının artırılması, onların düzgün karyera istiqaməti seçməsinə dəstək göstərilməsi olub.
Gənclərin İnkişaf və Karyera Mərkəzi bundan sonra da gənclərin inkişafını dəstəkləyən müxtəlif platformalarda fəal iştirakını davam etdirəcək.




