Scroll Top

SƏYYAR GƏNCLƏR XİDMƏTİ OĞUZDA

735476143_1440399698134360_7374443359105734899_n

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı #Oğuz rayonu olub. Səyyar Gənclər Xidməti 29 iyun-3 iyul tarixlərində Oğuz gəncləri üçün xidmət göstərəcək.

“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin Oğuzdakı açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və Oğuz Rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev iştirak ediblər. Rəsmi çıxışlar zamanı sözügedən layihənin region gənclərinin fərdi və peşəkar inkişafındakı əhəmiyyətindən danışılıb, gənclərin bilik dairəsinin genişləndirilməsi, ictimai fəallığının stimullaşdırılması və dövlət tərəfindən yaradılmış dəstək mexanizmlərinin regionlarda yaşayan gənclərə birbaşa çatdırılması baxımından faydaları vurğulanıb.

Tədbirin açılış hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar və iştirakçılar xidmətin fəaliyyət sahəsi ilə tanış olublar.