Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər üçün HR Akademiyası” proqramının imtahan mərhələsi keçirilib.
İmtahan zamanı iştirakçıların insan resurslarının idarə edilməsi sahəsində əldə etdikləri nəzəri biliklər və baza bacarıqları qiymətləndirilib. Bu mərhələ proqram iştirakçılarının növbəti tədris prosesinə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, proqram 12 nəzəri dərs və 3 praktiki moduldan ibarətdir. Təlim proqramını uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.
Gənclərimizə imtahan mərhələsində və proqramın növbəti mərhələlərində uğurlar arzulayırıq.





