Scroll Top

GƏNCLƏR FONDUNUN “SƏYYAR GƏNCLƏR XİDMƏTİ” LAYİHƏSİNİN ŞƏKİDƏ AÇILIŞ MƏRASİMİ BAŞ TUTUB

731843772_1327831742864991_2475956125901561007_n
Şəki şəhərində baş tutan açılış mərasimi Dövlət Himnin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və Vətən müharibəsi qazisi Mustafa Novruzlu iştirak ediblər. Rəsmi çıxışlar zamanı layihənin region gəncləri üçün əhəmiyyətindən bəhs edilib, gənclərin hərtərəfli inkişafına, bilik və bacarıqlarının artırılmasına, onların ictimai fəallığının yüksəldilməsinə və inkişaf imkanlarının birbaşa gənclərin yaşadığı ərazilərə çatdırılmasına mühüm töhfə verdiyi vurğulanıb.
Tədbirin açılış hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb. Tədbirin rəsmi hissəsindən sonra “Gənc Könüllülər” İctimai Birliyinin sədri Hikmət Qaffarov rəsmi qonaqları və iştirakçıları xidmətin fəaliyyət sahəsi ilə tanış edib.