Scroll Top

“LAYİHƏ İDARƏETMƏSİNDƏ PEŞƏKAR YANAŞMALAR VƏ REAL TƏCRÜBƏLƏR” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

730491305_18114933577870034_7302928679272155724_n

“Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində “Layihə idarəetməsində peşəkar yanaşmalar və real təcrübələr” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılar layihələrin planlaşdırılması və effektiv idarə olunması prinsipləri, layihələrin həyata keçirilməsi prosesində tətbiq olunan praktik yanaşmalar, eləcə də bu sahədə qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə ətraflı məlumat əldə ediblər.

İnteraktiv formada təşkil olunan təlimdə layihə idarəetməsinin müxtəlif mərhələləri üzrə real təcrübələr iştirakçılarla bölüşülüb, onların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Təlim “Azərpoçt” MMC-nin Layihə və proseslərin idarə olunması departamentinin direktoru İlkin Haxverdiyev və “SOCAR-KBR” MMC-nin Layihəyə nəzarət meneceri Kamran Cəbrayılov tərəfindən keçirilib.

Qeyd edək ki, “Youth Start” proqramının məqsədi gənclərin şəxsi və peşəkar inkişafına dəstək olmaq, onların müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir.