Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Bakı və region gəncləri üçün həyata keçirilən “İnkişaf və Təcrübə Akademiyası” proqramının hibrid formatda bağlanış mərasimi keçirilib.
Proqram çərçivəsində ölkənin 19 şəhər və rayonundan 200-ə yaxın gənc layihə və tədbirlərin təşkili, sosial media marketinqi, eləcə də gənclərlə iş istiqamətləri üzrə nəzəri biliklər əldə edib, eyni zamanda praktiki təcrübə qazanıb.
Bağlanış mərasimində proqramın nəticələri təqdim olunub, iştirakçıların inkişaf yolu dəyərləndirilib və onların gələcək fəaliyyətinə uğurlar arzulanıb.
Qeyd edək ki, “İnkişaf və Təcrübə Akademiyası” proqramı gənclərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi, əmək bazarına hazırlığının gücləndirilməsi və praktiki təcrübə imkanlarının artırılması məqsədilə həyata keçirilib.






