Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual potensialının inkişaf etdirilməsi və biliklərinin artırılması məqsədilə Göyçay, Sabirabad və Sumqayıt şəhərində gənclər üçün müxtəlif intellektual yarışlar təşkil olunub.
Keçirilən yarışlarda gənclər müxtəlif mövzular üzrə sualları cavablandıraraq öz bilik və dünyagörüşlərini sınayıb, məntiqi düşünmə və komanda şəklində fəaliyyət göstərmək bacarıqlarını inkişaf etdiriblər. İştirakçılar arasında sağlam rəqabət mühiti yaradılıb və gənclər həm yeni biliklər əldə edib, həm də asudə vaxtlarını maraqlı və faydalı şəkildə keçiriblər.
İntellektual yarışlar gənclərin dünyagörüşünün genişləndirilməsi, onların düşünmə qabiliyyətlərinin və komanda işinə uyğunlaşma bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub. Yarışlar zamanı iştirakçılar fəallıq nümayiş etdirərək qarşıya qoyulan suallara cavab tapmağa çalışıb və komanda şəklində mübarizə aparıblar.
Bu cür fəaliyyətlərin keçirilməsində əsas məqsədlərdən biri gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına dəstək göstərməklə yanaşı, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının inkişafına imkan yaratmaqdır.





