Scroll Top

GƏNCLƏRİN KARYERA İNKİŞAF PLATFORMASI ÇƏRÇİVƏSİNDƏ REGİONLARDA TƏLİMLƏR KEÇİRİLİB

IMG_5221 (1)

Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən həyata keçirilən “Gənclərin Karyera İnkişaf Platforması” çərçivəsində regionlarda gənclərin karyera quruculuğu istiqamətində bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimlər keçirilib.

Təlimlər zamanı iştirakçılara karyera quruculuğu, əmək bazarının tələbləri, CV hazırlanması, müsahibə bacarıqları və komanda işi kimi mövzularda məlumatlar təqdim olunub. Görüşlər çərçivəsində gənclərin karyera planlaması ilə bağlı biliklərinin genişləndirilməsi, əmək bazarının əsas tələbləri barədə məlumatlandırılması və işə qəbul prosesində önəmli rol oynayan bacarıqların inkişaf etdirilməsi diqqət mərkəzində olub.

Təlimlərdə CV-nin düzgün və effektiv hazırlanması, işə müraciət zamanı diqqət edilməli məqamlar, müsahibə prosesinə hazırlıq və müsahibə zamanı nümayiş etdirilməli bacarıqlar barədə müzakirələr aparılıb. Eyni zamanda, müasir əmək bazarında komanda işi bacarığının əhəmiyyəti və peşəkar mühitdə əməkdaşlığın rolu ilə bağlı iştirakçılarla fikir mübadiləsi həyata keçirilib.

Təlimlər interaktiv formatda təşkil olunaraq gənclərin mövzular üzrə biliklərini möhkəmləndirməsinə və praktiki yanaşmaları mənimsəməsinə imkan yaradıb. İştirakçılar karyera inkişafı ilə bağlı onları maraqlandıran məsələləri təlimçilərlə müzakirə edib, əmək bazarına hazırlıq prosesində faydalı ola biləcək məlumat və tövsiyələrlə tanış olublar.

“Gənclərin Karyera İnkişaf Platforması” çərçivəsində regionlarda keçirilən təlimlər ümumilikdə 500-ə yaxın gənci əhatə edib.

Layihə çərçivəsində həyata keçirilən təlimlər gənclərin karyera quruculuğu istiqamətində bilik və bacarıqlarının inkişaf etdirilməsinə, onların əmək bazarının tələbləri barədə məlumatlandırılmasına və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına dəstək göstərib.