Scroll Top

REGİON GƏNCLƏRİ ÜÇÜN MAARİFLƏNDİRİCİ GÖRÜŞLƏR TƏŞKİL OLUNUB

20261009_151533

Ağdam, Ağdaş, Ağstafa, Qax, Sumqayıt, Sabirabad və Zaqatala şəhər və rayonlarında keçirilən görüşlər ümumilikdə 300-ə yaxın gənci əhatə edib.

Maarifləndirici görüşlər çərçivəsində erkən nikahın fərdin sosial və psixoloji inkişafına təsiri, gələcək karyera perspektivlərinə yaratdığı maneələr və həyat seçimlərində məlumatlı qərarvermənin əhəmiyyəti müzakirə olub.

Qeyd edək ki, məqsəd region gənclərinin erkən nikahın fəsadları barədə məlumatlılığını artırmaq, onların hüquqi biliklərini güncləndirmək və gələcəkləri ilə bağlı düzgün, şüurlu qərarlar qəbul etmələrinə dəstək olmaqdır.