Scroll Top

RƏQƏMSAL SAHƏDƏ KARYERA PERSPEKTİVLƏRİ MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

IMG_3331

Gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, müasir əmək bazarının tələbləri barədə məlumatlandırılması və onların gələcək karyera seçimlərinə dəstək göstərilməsi məqsədilə “Rəqəmsal Gənclik” proqramı çərçivəsində “Rəqəmsal sahədə karyera perspektivləri” mövzusunda təlim təşkil olunub.

Təlim zamanı iştirakçılara rəqəmsal sahədə mövcud karyera imkanları, əmək bazarında tələbat olan perspektivli peşə istiqamətləri, işəgötürənlərin mütəxəssislərdən gözləntiləri və peşəkar inkişaf yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda, rəqəmsal transformasiya şəraitində yeni bacarıqların mənimsənilməsinin və texnoloji yeniliklərə uyğunlaşmağın əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Rəqəmsal məhsul və təhlil şöbəsinin müdiri Cavad Mustafazadənin təqdimatında keçirilən təlim interaktiv müzakirələrlə davam edib. İştirakçılar mövzu ilə bağlı suallarını ünvanlamaq, rəqəmsal sahədə karyera qurmaq üçün zəruri bilik və bacarıqlar, eləcə də peşəkar inkişaf imkanları barədə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.