Scroll Top

“CV YAZILIŞI GÜNLƏRİ” ÇƏRÇİVƏSİNDƏ VÖRKŞOP KEÇİRİLİB

709821572_18112479379870034_152032583782522977_n

Gənclərin karyera inkişafına dəstək məqsədilə həyata keçirilən “CV Yazılışı Günləri” layihəsi çərçivəsində növbəti vörkşop təşkil olunub.

Tədbir zamanı iştirakçılara uğurlu CV hazırlanmasının əsas prinsipləri, işəgötürənlərin diqqət yetirdiyi məqamlar və peşəkar təqdimat üsulları barədə ətraflı məlumat verilib. Praktiki məşğələlər vasitəsilə gənclər öz CV-lərini sıfırdan hazırlamaq, mövcud CV-lərini təkmilləşdirmək və onları vakansiyaların tələblərinə uyğun şəkildə tərtib etmək bacarıqları əldə ediblər.

Vörkşop çərçivəsində iştirakçıların fərdi sualları cavablandırılıb, onların CV-ləri üzrə tövsiyələr təqdim olunub və əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş faydalı məsləhətlər verilib.

Qeyd edək ki, “CV Yazılışı Günləri” layihəsinin əsas məqsədi gənclərin işaxtarma prosesində zəruri bilik və bacarıqlarını inkişaf etdirmək, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək olmaqdır.