Scroll Top

“İNKİŞAF VƏ TƏCRÜBƏ AKADEMİYASI” PROQRAMI UĞURLA DAVAM EDİR

716210463_1313816460933186_2497385756542582981_n

Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilən “İnkişaf və Təcrübə Akademiyası” proqramı çərçivəsində təlimlər davam edir.

Proqram çərçivəsində ölkənin 18 şəhər və rayonunda təşkil olunan təlimlərə yüzlərlə gənc cəlb olunub. Təlimlər zamanı iştirakçılar fərdi inkişaf, liderlik, ünsiyyət bacarıqları, karyera planlaşdırılması, işaxtarma strategiyaları, komanda işi və digər aktual mövzular üzrə nəzəri və praktiki biliklər əldə edirlər.

“İnkişaf və Təcrübə Akademiyası”nın əsas məqsədi gənclərin şəxsi və peşəkar inkişafına töhfə vermək, onların məşğulluq imkanlarını artırmaq və cəmiyyətin fəal üzvləri kimi formalaşmalarını dəstəkləməkdir.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən təlimlər gənclərin inkişaf imkanlarının genişləndirilməsinə və gələcək karyera hədəflərinə daha inamla irəliləmələrinə şərait yaradır.