9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə regionlarda tədbirlər keçirilib.
Beləki, Ağdaş, Biləsuvar, Lənkəran, Qax, Qəbələ, Sabirabad və Quba şəhər və rayonlarında Dövlət Bayrağı Gününə həsr olunmuş müxtəlif maarifləndirici görüşlər, intellektual yarışlar, sərgi və dəyirmi masa müzakirələri keçirilib, Bayraq muzeyinə infotur təşkil olunub.
Fəaliyyətlər zamanı Azərbaycan Dövlət Bayrağının tarixi, yaranma mərhələləri, dövlətçilik tariximizdəki mühüm rolu və milli-mənəvi dəyərlərimiz haqqında gənclərə ətraflı məlumat verilib.
Bayrağımız qürurumuz, birliyimiz və müstəqilliyimizin rəmzidir!





